Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:27

Yanvarda Suriya münaqişəsi ilə bağlı yeni görüş keçiriləcək.

Bu barədə dekabrın 22-də jurnalistlərə BMT-nin Cenevrədəki ofisinin rəhbəri Michael Moller məlumat verib.

O görüşün Cenevrədə keçiriləcəyini bildirib, amma konkret vaxt göstərməyib.

BMT-nin Təhlükəsizlik şurası dekabrın 18-də yanvarda Suriya hakimiyyəti ilə müxalifət arasında belə bir görüş keçirilməsi ilə bağlı razılığa gəlmişdi.

Bundan əvvəl Suriya prezidenti Bashar Assadın taleyi ilə bağlı tərəflər arasında keçirilən danışıqlar heç bir nəticə verməyib.

İndiyədək Suriya müharibəsində azı 250 min adam ölüb.

Rusiya hesab edir ki, Bashar Assad Suriyada istənilən siyasi keçidin tərkib hissəsi olmalıdır.

Qərb və Suriya müxalifəti isə buna qarşı çıxır.

Günün bütün mövzuları

XS
SM
MD
LG