Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:30

-

Kamran Nəzirlinin "Dördüncü Möhür" roman kitabı "Mütərcim" nəşriyyatında çap olunub. Bu, qısa hekayələr müəllifi kimi tanınan yazıçının ilk iri həcmli əsəridir.

Tarixi faktlardan və sənədlərdən də istifadə edilmiş bu romanda cərəyan edən hadisələr iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızı Banu ilə bağlıdır.

Kitabın tanıtımında deyilir:

"Yeniyetməlik çağlarından bəri taleyin ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış Banu sınmır, Türkiyədə tibbi təhsil alır, vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, uğursuz sevgi, doğma bala itkisi... bütün bunlar da onun həkim-psixiatr kimi tanınmasına mane ola bilmir.

Bundan sonra anlayır ki, insanların psixoloji durumunda böyük problem var. Dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır... müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar... bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır?

Qlobal problemi aradan qaldırmaq üçün gənc alim qız yollar axtarır, təlim proqramı hazırlayır...onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. O, dünyanın xilas olunmasının yollarını göstərməyə çalışır. Bunlar nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü?!"

Günün bütün mövzuları

XS
SM
MD
LG