Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:07

Emin Millinin qaynının məhkəməsi qapalıdır


Hakim
Hakim

-

«Meydan TV»nin baş direktoru Emin Millinin qaynı Nazim Ağabəyovun məhkəməsi başlayıb. Dekabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ardınca Nazim Ağabəyovun vəkili Adil İsmayılov cinayət işinin icraatına xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini narkotik maddənin Nazim Ağabəyova heç bir aidiyyəti olmaması, işin istintaqının qərəzli, natamam aparılması ilə əsaslandırıb. Adil İsmayılov bunu təsdiqləyən dəlilləri məhkəmənin diqqətinə çatdırıb.

Daha sonra məhkəmə qapalı elan olunub.

Nazim Ağabəyov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 22-də başa çatır.

Məhkəmə qapalı iclasda bu məsələyə baxıb və Nazim Ağabəyovun həbsdə saxlanmasına qərar verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 24-də davam edəcək. Həmin iclasda cinayət işinin icraatına xitam verilməsi barədə vəsatət müzakirə olunacaq.

Nazim Ağabəyov iyulun 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Altı qram heroini satış məqsədilə əldə edib saxlamaqda təqsirləndirilən Nazim Ağabəyov ittihamı rədd edir. Narkotikin onun üzərinə və maşınına polislər tərəfindən qoyulduğunu bildirir. Həbsinin səbəbini isə Emin Millinin qaynı olmasıyla əlaqələndirir.

XS
SM
MD
LG