Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

-

«Müsəlman Birliyi Hərəkatı» adlı təşkilatın həbsdə olan sədri Taleh Bağırzadə barəsində Nəsimi rayon Məhkəməsinə şikayət verilib.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Cavad Cavadov bildirib.

Vəkil deyir ki, Taleh Bağırzadəyə vəkili ilə görüşə imkan verilməməsindən, «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» qanunda nəzərdə tutulmuş hüquqlarının pozulmasından, həmçinin 24 saatdan artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında saxlanılmasından məhkəməyə müraciət edilib.

Tale Bağırzadə noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Dekabrın 2-də məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG