Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:35

Leyla Nənə. Mənim 8 yaşım var, anamın 38


Leyla Nənə
Leyla Nənə

-

Mənim 8 yaşım var,
anamın 38.
Anam çox güclüdür,
bütün işləri bir gündə görür
Yeməyi bişirməyə başlayır,
yarım qoyub evi süpürür,
təmizlik bitməmiş hamama girir,
saçının suyunu axıda axıda paltarları ütüləməyə başlayır,
ütü işi bitməmiş yenidən mətbəxə qayıdıb
yemək bişirməyə davam edir,
sonra paltarları töküb fəslə görə ayırır
bütün bu çoxlu işləri az-az və yarım-yarım görür,
sonra özünü ərzaq kulyoku kimi üsulca yerə qoyub
tələsik soruşur məndən
- Əzimə, sən böyüyəndə kim olacaqsan?
Cavabımı gözləməmiş deyir,
- mən dəvəquşu olmaq istəyirəm, Əzimə.
Qoy yemək yansın, paltarlar qırış qalsın,
fəsillər dəyişsin, evə böcəklər yığışsın,
bələdiyyə evimizə zibil maşını göndərsin
bütün qohumlar, qonşular və sənin dostların
kənarda durub mənim dəvəquşu oluşuma baxanda
başımı torpağın altına necə soxduğuma heyrətlənəndə
sən ayaqlarıma bu ağ kişi maykalarını bağla,
- atamın maykalarını mənə uzadır.
qulaqlarına da uzun vişnə sırğalarını taxıb
bayaqdan yarım qoyduğu bütün işlərin ortasından mənə baxır
8 yaşım var və anam,
ayaqlarına ağ bayraq bağlanmış dəvəquşu olmaq istəyir

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG