Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

“Açıq Rusiya”: mənzillərdə axtarış


Mikhail Khodorkovsky "Açıq Rusiya"nın ofisində mətbuat konfransı keçirir

Mikhail Khodorkovsky "Açıq Rusiya"nın ofisində mətbuat konfransı keçirir

-

Dekabrın 22-də səhər tezdən “Açıq Rusiya” təşkilatı əməkdaşlarının mənzillərində axtarışlar başlanıb. Axtarış keçmiş neft maqnatı Mikhail Khodorkovsky-nin mətbuat katibi Kulle Pispanen-in mənzilində də aparılır. Bu barədə Mikhail Khodorkovsky-nin yaratdığı hərəkat məlumat yayıb.

İstintaq komitəsinin təmsilçiləri axtarışın Mikhail Khodorkovsky-nin işilə bağlı olduğunu deyiblər. Ancaq hələlik hansı işdən söhbət getdiyi dəqiqləşdirilməyib. Dekabrın 11-də YUKOS-un keçmiş rəhbərinə Nefteyuqanskın merinin ölümünün təşkili ittihamı irəli sürülüb.

Axtarışın azı yeddi əməkdaşın evində aparıldığı bildirilir.

Mənzilində axtarış barədə PARNAS-ın Peterburq bölməsinin həmtəsisçisi və “Açıq Rusiya”nın koordinatoru Olga Qryaznevish tvitterdə yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG