Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

-

Rusiyanın Maliyyə Nazirliyi bildirir ki, Ukrayna dekabrın 21-dək Rusiyaya olan 3 milyard dollarlıq borcunu ödəyə bilməyib.

“Bu, o deməkdir ki, Ukrayna Rusiya prezidentinin irəli sürdüyü təklifdənsə, borcu üzrə defolt elan etməyə üstünlük verib”, nazirlik dekabrın 21-də bildirib.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk dekabrın 18-də Rusiyaya borcların ödənməsinə “moratorium” elan edib. O, ölkənin borc ödənişinə nə vaxt hazır olacağını bildirməyib.

Bu, Ukraynanın həmin borc üzrə defolta getməsi deməkdir. Moskva daha öncə bildirmişdi ki, Ukrayna ödənişi vaxtında etməsə, Kiyev məhkəməyə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG