Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Əfqanıstanda 6 Amerika əsgəri öldürülüb


Əfqanıstanda Amerika əsgərləri, arxiv fotosu

Əfqanıstanda Amerika əsgərləri, arxiv fotosu

-

ABŞ Müdafiə Departamenti bildirir ki, Əfqanıstanda Baqram hava bazası yaxınlığında intiharçı 6 Amerika əsgərini öldürüb. Bu, avqustdan bəri beynəlxalq qüvvələrin verdiyi ən böyük itkidir.

ABŞ Müdafiə naziri Ash Carter deyib ki, dekabrın 21-də törədilmiş hücumda daha iki hərbi heyət üzvü və bir podratçı həlak olub. Bir əfqan əsgərin də yaralandığı bildirilir.

Pentaqon və Ağ Ev həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

Dekabrın 21-də taliban silahlıları Helmand vilayətinin Sangin rayonunu ələ keçirib. Bu rayon Baqramdan cənubda yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG