Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:10

-

Əməkdar artist Ələsgər Məmmədoğlu bu gün, dekabrın 22-də “Qurd qapısı” qəbiristanlığında, anasının yanında dəfn olunacaq. Bu barədə APA-ya onun oğlu Ceyhun Məmmədoğlu bildirib.

Ələsgər Məmmədoğlu ilə vida mərasimi 12:00-14:00 radələrində Süleyman Sani Axundov, 4 ünvanında (“Bolluq bazarı” ilə üzbəüz), mərhumun evində keçiriləcək.

Tanınmış aktyor bu ilin noyabrından xəstəxanada müalicə olunurdu. Yaxınları mətbuata onun qan təzyiqindən və öd kisəsi problemlərindən əziyyət çəkdiyini bildirib. Dekabrın 21-də axşam saatlarında aktyor vəfat edib.

Aktyor bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar", Anar), Milis ("Yaşıl eynəkli adam" V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi", K.Haldoni), Dəmir-qaya ("Topal Teymur", H.Cavid), Narsatan ("Qatarda", İ.Məlikzadə), Gümrah ("Alov", M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20-yə yaxın süjetinə çəkilən Məmmədoğlu, "Ömrün səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları" (Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran-43" (Qulam Rza) və başqa bədii filmlərdə də rol alıb.

Ələsgər Məmmədoğlu 1946-cı il fevralın 9-da Bakı şəhərində anadan olmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG