Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:41

-

Dekabrın 21-də Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.

APA informasiya agentliyinin məlumatına görə, Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev adlı şəxslər yaralanıb. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.

Faktla bağlı cinayət işi açılıb. Detallar barədə məlumat verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG