Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:39

“Qəbələ" futbol klubu daha bir futbolçu ilə yollarını ayırdı.

Klubdan "Report"a verilən məlumata görə, Vaqif Cavadovla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Bundan əvvəl Fakundo Pereyra, George Floresku, Vüqar Nadirov və Derlis Meza Kolli də " klubu tərk ediblər.

Əvəzində Rafael Santosla müqavilənin müddəti 1 il yarım uzadılıb.

Klubun məlumatına görə, baş məşqçi Roman Grigorcuk komandaya yarımmüdafiəçi və hücumçu cəlb edəcək.

Qeyd edək ki, "Qəbələ" hazırda 28 xalla turnir cədvəlində 4-cü yerdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG