Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57

T.İsmayılov müflis elan edildi


Tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov rəsmən müflis elan olunub.

Rusiya KİV-lərinin məlumatına görə, bu barədə Moskva vilayət Arbitraj Məhkəməsi qərar çıxarıb.

İddiaçı “Банк Москвы”-dır.

Bank oktyabrın 1-də AST şirkətlər qrupunun Rəhbəri Telman İsmayılovun müflis elan edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdi.

Belə ki, bank 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralınadək “Ruslayn 2000” və “Tropicano Finance” şirkətlərinə 230 milyon dollar məbləğində 3 kredit verib. Bu şirkətlər birbaşa AST şirkətlər qrupuna aiddir.

Amma bank kreditlər və əsas borcu ala bilməyib və

nəticədə oktyabrın 1-də Telamn İsmayılovun ümumi borcları 286 milyon dollara çatıb.

Telman İsmayılovun özü də məhkəməyə müflis elan edilməsi barədə ərizə təqdim etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG