Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:48

XİN:"Sülh sazişi hazırlamağın vaxtı çatıb"


Sergei Lavrov və Elmar Məmmədyarov.

Sergei Lavrov və Elmar Məmmədyarov.

“ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk”.

Bunu “Azərtac”a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ münaqişəsinin həlli ilə bağlı münaqişə tərəflərinə təkliflər təqdim edib və onları digər həmsədr dövlətlər də dəstəkləyir: “Serqei Lavrov 2014-cü ildə Bakı və Yerevanda prezidentlərlə fikir mübadiləsi aparıb. Bu təkliflər 2014-cü ildə prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmalar da daxil olmaqla yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. 6 bəndlik Madrid prinsipləri isə ictimaiyyətə bəllidir. Burada Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonların mərhələli şəkildə azad edilməsi və digər məsələlər əks olunub”.

Elmar Məmmədyarov qeyd edib ki, artıq yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflər əsasında hərtərəfli sülh sazişinin hazırlanmasına başlamaq lazımdır.

Yeravanın mövqeyinə gəldikdə isə Elmar Məmmədyarov bildirib ki, Ermənistan qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri və Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz hərəkətər törətməklə qəsdən vəziyyəti gərginləşdirməyə və münaqişənin həllinə mane olmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG