Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:49

-

Macarıstanda «Şuşa» tematik təqvimi nəşr edilib. Bu ölkədəki Azərbaycan səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, həmin təqvim Azərbaycan gerçəklərinin, özəlliklə işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı həqiqətlərin macar ictimaiyyətinə, eləcə də Macarıstanda fəaliyyət göstərən beynəlxalq qurumlara çatdırmaq üçündür.

Təqvimdə Şuşanın erməni işğalından əvvəlki və işğalsonrası dövrünü əks etdirən fotoşəkillərdən istifadə olunub. Beləcə, tarixə, mədəniyyətə, insanlığa qarşı işlənmiş cinayətin miqyası və amansızlığı haqqında təsəvvür yaradılır.

Nəşrin ideya müəllifi və buraxılışına məsul olan səfir Vilayət Quliyev şəhərin Azərbaycan tarixindəki yeri və erməni işğalı nəticəsində məruz qaldığı ağır itkilər barəsində qısa məlumatıda təqvimə daxil edib.

«Şuşa» təqvimi Budapeştdə akkreditə olunan diplomatik korpus, beynəlxalq təşkilatlar, dövlət idarə və müəssisələri, ali məktəblər, mətbuat nümayəndəlikləri arasında yayılıb.

Nəşrin bir hissəsi 2013-cü ildə Şuşa ilə qardaşlaşmış macar şəhəri Döndöşə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG