Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

-

Xristianlarla müsəlmanların eyni Allaha sitayiş etməsinin məsələyə nə dərəcədə dəxili var? «Newsweek»də Mark Tooley yazır ki, bu sual boşuna yaranmayıb. Çikaqodakı yevangelistlərin ən nüfuzlu məktəblərindən olan Viton Kolleci bir professoru ona görə işdən çıxarıb ki, o, xristianlıqla islamın eyni Allaha sitayiş etdiklərini söyləyib. Həm də hicab geyinmiş professor bunu xristianların Amerika müsəlmanlarına həmrəylik tədbirində açıqlayıb.

Müəllif yazır ki, görünür, professor 11 Sentyabr terrorundan bəri bir çox amerikalı xristianlar kimi belə hesab edir ki, ümumi etiqad məsələsi xristian-islam münasibətlərini yaxşılaşdırar. Ancaq müəllifin fikrincə, niyyət yaxşı olsa da, səy yersiz və gərəksiz görünə bilər.

Belə ki, professor bircə xristianlarla müsəlmanların eyni Allaha qulluq etdiklərini desəydi, dərd yarıydı. O, bir az da uzağa gedərək müsəlmanların ənənəvi sözlərini təkrarlayıb. Deyib, o, müsəlmanları ancaq amerikalı olduqlarına görə dəstəkləmir. Bunu həm də ona görə edir ki, onlar «kitab adamı»dırlar, yəni İbrahim Peyğəmbərin kitabına sadiqdirlər.

Belə ki, professor bununla tarixi bir müsəlman yanaşmasına istinad etmiş olub. Belə ki, İslam siyasi idarəçiliyi xristianları və yəhudiləri qəbul edir, bütpərəstləri deyil. Bu yanaşma da xeyli mübahisə doğurub. Məsələn, «İslam Dövləti» (İŞİD) silahlı qruplaşması İraqda yezidilərin şeytana qulluq etdiyini deyir. Görünür, müsəlmanlarla xristianlar arasında qardaşlıq axtarmağa çalışan professor özü də bilmədən «İbrahim kitabı»ndan olmayanların hüquqlarını danıb. Yəni, belə çıxır, o, hindular, buddistlər və dünyanın, demək olar, yarısı ilə həmrəy deyil:

«Professorun müsəlmanlarla həmrəylik nümayişi xətrinə hicab geyinməsi də birmənalı qarşılanmayıb. Axı heç də bütün müsəlman qadınlar hicab tərəfdarı deyillər. Bəzən isə seçimləri qalmır, mənsub olduqları cəmiyyət onları bu yolla cəzalandırır».

Vladimir Putin.

Vladimir Putin.

PUTIN NƏ İSTƏYİR?

Rusiya prezidenti Vladimir Putin Krımı ilhaq edəndə və «yaşıl geyimlilər»ini Ukraynanın şərqinə göndərəndə, mənə elə gəlirdi onun məqsədlərini anlayıram. Bu, 1990-cı illər sonrası intiqamın aydın strategiyasına bənzəyirdi: Moskva «yaxın xaric»ə nəzarətini genişləndirəcəkdi. Gürcüstan kimi keçmiş Sovet İttifaqının böyük hissəsini yenidən quracaqdı». Bunu «Foreign Policy»də Robert A.Manning yazır:

«İndi isə daha bir münaqişə dondurulur və Suriyaya görünməmiş hərbi müdaxilə baş verir. Başımı qaşıyıram: Putin nə düşünür? O, nə istəyir? Neftin barrelinin 40 dollara düşməsi və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını laxladıb. Bu il iqtisadiyyat 4 faizədək düşüb, inflyasiya 15 faizdir».

Müəllif sual edir ki, Suriyada hava kampaniyası, Türkiyəyə sanksiyalar, Yaxın Şərqdə Böyük Şeytan status uğrunda Birləşmiş Ştatlarla mübarizə – bütün bunlar Rusiyanın maraqlarına cavab verirmi?

«Putin-in siyasi maraqları ilə Rusiyanın milli maraqlarını ayırsaq, onun davranışını anlayarıq. Məsələn, Putin demokratik Ukraynanı özünün avtoritar plüralist idarəçilik modelinə təhlükə kimi görür. Ona görə də Ukraynada qərbyönlü dəyişikliyi ABŞ-ın təşkil etdiyi, Rusiyanı laxlatmağı hədəfləyən «rəngli inqilab» cəhdi adlandırır».

«Bəs Putin əslində nəyə nail olmaq istəyir? Məncə, heç özü də bilmir. O, strategiyadan çox, taktikaya meyllidir… Bəzən rusiyalı dostlarımdan soruşuram ki, Putin Rusiyanı 5, ya 10 ildən sonra harada görür? Onlar gülüb deyirlər ki, o, heç 5 gün qabağı da düşünmür».

İranda raket buraxılışı.

İranda raket buraxılışı.

İRAN DÜNYANI TƏHRİK EDİR, OBAMA TƏRPƏNMİR

«The Washington Post» baş məqaləsində yazır ki, İran nüvə sazişindən faydalanmağa can atır, dondurulmuş hesablarda 100 milyard dollarını əldə edəcəyi, neft ixracı və bank sisteminə sanksiyaların bitəcəyi günü gözləyir. Ancaq eyni zamanda digər sahələrdə qanunsuz fəaliyyətini də davam etdirir: «Təəssüf doğuran da odur ki, Obama administrasiyasının bu provokasiyaları cavabı həmişəkindən fərqlənmir, onların əhəmiyyətini azaldır və Tehran da daha böyük üstünlüklər qazanmağa çalışır.

Məsələn, İran rejimi qəzet müxbiri Jason Rezaian-ı məhkum edir, BMT sanksiyalarını pozaraq raket sınağı keçirir. Bəs ABŞ necə cavab verir? Rəsmilər ümumi bəyanatlarla kifayətlənirlər».

«Bu qayğısızlığın səbəbini tapmaq çətin deyil. Obama nüvə sazişinə zərbə vuracaq nəsə etməyə meylli görünmür… Elə bu məntiqlə də o, İranın Suriyaya, Yəmənə müdaxiləsinə, cənab Rezaian-ın həbsinə dözüb».

Qəzet yazır ki, BMT qətnamələrini gözardı edən İran ABŞ-ın iradəsini sınağa çəkir və Obama-nın nüvə uğuruna kölgə salmaq qorxusundan maksimum faydalanır: «Ona görə çox yaxşı olardı ki, administrasiya raket sınaqlarına qarşı qəti addım atsın, onları palazın altında gizlətməsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG