Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

-

100 minə yaxın əhalisi olan Qazax Azərbaycanın Ermənistanla sərhəddə yerləşən rayonlarından biridir. Rayonunun cəbhə xəttində yerləşən kəndlərinin sakinləri az qala hər gün atəşkəsin pozulmasının şahidi olurlar. Ancaq onlar, çətin də olsa, doğma yurd-yuvalarında yaşamağa çalışırlar.

QUŞÇU AYRIMDA SUYA GETMƏK ÖLÜMÜ GÖZƏ ALMAQ DEMƏKDİR...

Belə kəndlərdən birinin, Quşçu Ayrımın sakini Nuru Hacıyev deyir ki, hökumətdə onları düşünən yoxdur:

20 tonluq çən

20 tonluq çən

«Cəbhə xətti ilə üz-üzəyik. Amma bizə yardım edən yoxdur. Kəndə su gəlmir. Su gətirmək üçün ermənilərin nəzarətində olan ərazilərə getmək məcburiyyətindəyik. Bu da çox təhlükəlidir. Bəzən gedib, əliboş qayıdırıq. Atəş açırlar, su götürməyə qoymurlar. Elə olanda da günlərlə susuz qalırıq».

SU QIT, YOL XARAB...

Nuru Hacıyev deyir ki, içməli su kimi, suvarma suyu əldə etmək də çox çətindir:

«Müharibə vaxtı su anbarını dağıtdılar, boruları kəsib satdılar. İndi də qalmışıq susuz. 20 tonluq çən qoyublar, onu da istifadəyə vermirlər. Elə yerə gətirib qoyublar ki, qarşı tərəf istədiyi vaxt atəş açıb vura bilər».

Kəndin başqa bir sakini Azər Gülməmmədovun sözlərinə görə isə, artıq yolları da yararsız vəziyyətə düşməkdədir. Halbuki, yol iki il əvvəl təmir edilib:

Yol

Yol

«Yol təmir olunandan sonra iki ay keçmədi ki, bu vəziyyət alındı. Keyfiyyətsiz çəkdikləri üçün, yolda çatlar əmələ gəldi».

1.7 MİLYONUN MÜBAHİSƏLİ TALEYİ...

Yada salaq ki, prezident İlham Əliyev ötən il özünün ehtiyat fondundan Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 1.7 milyon manat pul ayırmışdı. Amma Quşçu Ayrım kəndində bu gün də yol problemi həll edilməmiş qalır.

Qazax rayon icra başçısının müavini Tahir Musayev isə həmin ayrılan vəsaitlə əlaqədar bildirib ki, bu məsələdə yanlışlıq olub. Nazirlikdən gəlib araşdırıblar və yolun təmirə ehtiyacı olmadığını bildiriblər.

XS
SM
MD
LG