Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Eynicinsli nikahlara “yox” dedilər


2012-ci il referendumunda qey cütlük səs verir

2012-ci il referendumunda qey cütlük səs verir

-

Sloveniyalılar dekabrın 20-də keçirilən referendumda eynicinsli nikahlara “yox” deyiblər. Seçicilərin, demək olar, üçdə ikisi təklif olunan qanun layihəsinə qarşı çıxıb.

Qanunun qəbulu üçün qeydə alınmış 1.7 milyon seçicinin 20 faizi onu dəstəkləməliydi. Seçici iştirakı 36 faiz olub.

Parlament martda həmin layihəni qəbul edib. Layihədə nikah “qadınla kişinin birliyi” deyil, “iki nəfərin birliyi” kimi müəyyənləşdirilir, eyni zamanda homoseksuallara övladlığa uşaqgötürmə hüququ verilirdi.

Katolik Kilsənin dəstəklədiyi mühafizəkar qruplar məsələnin referenduma çıxarılmasına nail oldular. Sloveniya seçiciləri 2012-ci il referendumunda da qeylərin nikaha girməsini rədd etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG