Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:52

İspaniyada hakim partiya çoxluğu itirdi


Podemos partiyasının lideri Pablo Iglesias

Podemos partiyasının lideri Pablo Iglesias

-

İspaniyada hakim mühafizəkarlar çoxluğu qazana bilməyib. Ancaq partiya dekabrın 20-də keçirilən seçkilərdə 350 yerlik parlamentdə rəqiblərindən daha çox səs ala bilib. Belə ki, bülletenlərin demək olar, hamısı sayılıb. Baş nazir Mariano Rajoy-un Xalq Partiyası (PP) 28.7, Sosialistlər 22 faiz səs qazanıb.

Marafona yeni qoşulmuş Podemos və liberal Ciudadanos uyğun olaraq 20.6 və 13.9 faiz səs əldə ediblər. Beləliklə də İspaniyada onillərdir davam edən ikipartiyalı siyasi sistemə son qoyulub.

Seçici iştirakı 72 faiz olub.

Nəticələr onu deməyə əsas verir ki, azı 3 partiya koalisiya hökuməti qurmalı olacaq. Təhlilçilərin fikrincə, bu, İspaniyanı durğunluqdan çıxarmış iqtisadi islahatlar proqramını dağıda bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG