Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53

-

Dekabrın 21-də Moskvada Rusiyanın rəhbərlik etdiyi iki qurum liderlərinin görüşü keçirilir – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB).

Rusiya prezidentinin köməkçisi Yury Ushakov deyib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının gündəminə baş katib seçmək və terrorçuluqla mübarizəyə dair bəyanat qəbul etmək daxildir. Hazırda Şuranın baş katibi Nikolai Bordyuzha-dır. Bu təşkilata Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ali Avrasiya İqtisadi Şurası da iclas keçirəcək. Ushakov-un sözlərinə görə, Rusiya Ukrayna ilə Avropa Birliyinin azad ticarət zonası yaratmasına qarşı “birgə qoruyucu tədbirlər” təklif edəcək.

AİB rəsmən bu il yaradılıb, 180 milyon insanı vahid bazarda birləşdirir. Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG