Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:47

Kembric Universiteti Azərbaycan dili haqqında


Kembric Universitetindən bir görüntü
Kembric Universitetindən bir görüntü

-
Altay dillərinin türk qolunun bir üzvüdür. Əsasən Azərbaycan Respublikasında 7 milyon insanın danışıq və rəsmi dilidir, qonşu İranda, İraqda, Türkiyədə də bir qədər insan həm də Azəricə adlanan bu dildə danışır. Tatar dili ilə yaxın linqvistik bağlılığı var.

Azərbaycan dili 16-cı əsrdən başlayan uzun ədəbi tarixə malikdir, həmin vaxt Füzuli mistik epik "Leyli və Məcnun" əsərini bu dildə yazıb. Mərkəzi Asiyada bu dildən geniş istifadə olunub, türkdilli xalqlar arasnda bir lingua franca (ölkələrarası ticari dil - red.) olub.

Bu gün Azərbaycan dilinin 8 qarşılıqlı anlaşılan dialekt qrupu var, onlardan altısı Azərbaycanda danışılır: Şərqi dialekt (bura paytaxt Bakının dialekti də daxildir), Qərbi dialekt, Mərkəzi dialekt, Şimal dialekti, Cənub dialekti və Şərqi Anadolu dialekti. Səkkiz dialekt qrupundan ikisi isə İranda danışılır.

Azərbaycan dili yüzillərlə ərəb qrafikasıyla yazılıb. Latın qrafikalı versiya 1922-ci ildən 1939-cu ilə qədər istifadə edilib, sonra Kiril əlifbası qəbul edilib. 2001-ci ilin avqust ayından etibarən yenidən işlənmiş latın qrafikası rəsmi şəkildə qəbul edilib.

Kembric Universitetinin Dil Mərkəzi

XS
SM
MD
LG