Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:27

Qaraj və maşın yanıb, evdə partlayış olub


-

Dekabrın 21-də Nizami rayonunda sahəsi 24 kv.m olan qaraj yanıb. Qarajdakı əşyalar da yanıb. Yanğın saat 00:32-də söndürülüb.

Qaradağ rayonunda isə dəmir qarajda "Toyota" markalı minik maşını yanıb. Qaraja bitişik tikililər yanğından mühafizə olunub.

Abşeron rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində 2 otaqlı mənzilin eyvanında qaz balonu partlayıb. Partlayış nəticəsində eyvanın pəncərəsi, su qızdırıcısı və ev əşyaları yanıb. Yanğın zamanı əl və üz nahiyyəsindən yanıq xəsarəti almış ev sahibi xəstəxanaya çatdırılıb.

Xəbərləri Fövqəladə Hallar Nazirliyi yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG