Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:36

İlqar Əliyevin ölümü- rəsmi məlumat


-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti keçmiş MTN polkovniki İlqar Əliyevin ölümü ilə bağlı məlumat yayıb. APA-ya daxil olan məlumatda bildirilir ki, hadisə dekabrın 20-də saat 15:55 radələrində baş verib.

Bakı istintaq təcridxanasında ikinəfərlik kamerada saxlanılan İlqar Əliyevin mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlamaqla özünü asdığı bildirilir.

Hadisə baş verərkən onun kamerada tək olduğu qeyd olunur. Penitensiar Xidmətin məlumatına əsasən, digər dustaq telefon danışığı hüququndan istifadə etmək üçün kameradan çıxıbmış. Həmin şəxs geri qayıdanda İlqar Əliyevi asılı vəziyyətdə görüb və bu barədə təcridxananın əməkdaşlarına dərhal məlumat verib.

Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Vəkili Rəşad Mirmehdizadə “Trend”ə bildirib ki, İlqar Əliyevin meyiti dəfn olunmaq üçün dekabrın 21-də Göyçay rayonuna aparılacaq.

İlqar Əliyev MTN- in Antiterror Mərkəzinin sabiq rəis müavini idi. O, oktyabrda həbs edilib və vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmaqda ittiham olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG