Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:57

İraq 40 ildən sonra ilk gözəlini seçdi


Gözəllik müsabiqəsinin iştirakçıları

Gözəllik müsabiqəsinin iştirakçıları

-

1972-ci ildən sonra İraqda ilk dəfə gözəllik müsabiqəsi keçirilib. Qalib xanım deyir ki, ölkəsinin hələ də “terrorçuluq və zorakılığa baxmayaraq, gözəllik və mədəniyyət məkanı olduğunu” göstərəcək.

20 yaşlı Shaymaa Abdelrahman dekabrın 20-də Bağdad otelində seçilib. Müsabiqə sərt təhlükəsizlik tədbirləri şəraitində baş tutub.

İqtisadiyyat tələbəsi olan gözəl Kərkük şəhərindəndir. Onunla birlikdə 9 iştirakçının qatıldığı müsabiqədə alkoqol verilməyib, çimərlik geyimi nümayiş edilməyib.

Abdelrahman onu da deyib ki, təhsil təşəbbüslərinin təbliği ilə məşğul olacaq.

Al Arabiya televiziyasının məlumatına görə, bu tədbir hələ oktyabrda keçirilməliydi, ancaq yerli ruhanilər və tayfa başçıları onu “əxlaqsız” adlandırdığı üçün ertələnib.

İki iştirakçı isə anonim təhdidlər aldığından yarışmadan çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG