Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:58

-

BMT bildirir ki, Yəmən sülh danışıqları başa çatıb. Danışıqlar hökumətpərəst döyüşçülərlə şiə üsyançılar arasında keçirilirdi. Bu arada ölkədə qızğın döyüşlər də davam edir.

Danışıqlar dekabrın 17-də İsveçrənin Macolin kəndində başlamışdı.

Hərbi mənbələrin məlumatına görə, dekabrın 19-da Səudiyyə sərhədi yaxınlığındakı döyüşlərdə 28 hərbçi öldürülüb. Husi şiəməzhəb üsyançılar döyüşlərdə 20 silahlını itirdiklərini bildirir.

Yəməndə prezident Abd-Rabbu Mansur Hadi hökumətini beynəlxalq ictimaiyyət tanıyır. Onu Səudiyyə ərəbistanının rəhbərlik etdiyi koalisiya da dəstəkləyir. Husilər və müttəfiqləri isə hökumətə qarşı savaşırlar.

Martdan bəri Yəməndəki toqquşmalarda azı 5 min 800 nəfər öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG