Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:37

-

Türkiyə İraqın şimalından əsgərlərini geri çəkdiyini elan edir. Məqsəd İraq hökuməti ilə yaranmış gərginliyi aradan qaldırmaqdır. Bir gün öncə ABŞ Prezidenti Barack Obama Türkiyəni hərbçilərini çıxarmağa çağırıb.

Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 19-da etiraf edib ki, Başiqa hərbi bazasına son hərbçi yerləşdirməsi ilə bağlı İraqla “kommunikasiya yanlışı” baş verib. Başiqa İslam Dövləti silahlı qruplaşmasının nəzarətində olan Mosul şəhəri yaxınlığında yerləşir.

Nazirlik hələlik neçə əsgərin geri çəkildiyini açıqlamayıb.

Dekabrın 18-də ABŞ prezidenti Barack Obama türkiyəli həmkarı Tayyip Erdogan-la telefon söhbətində onu regiondan qüvvələrini çıxarmaqla İraqla “gərginliyi de-eskalasiya etməyə” çağırıb.


Türkiyənin Başiqaya əlavə qüvvələr yerləşdirməsi İraq hökumətini qəzəbləndirmişdi, onların dəvətsiz gəldiyini bildirirdi. Türkiyə isə bu addımı beynəlxalq missiyanın bir hissəsi olaraq, İraq qüvvələrinə təlim keçmək məqsədilə atdığını deyirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG