Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlarda ciddi irəliləyişin əldə olunmadığı bildirilir

-

Azərbaycan və Ermənistan prezidentləri, Serzh Sarkisian və Ilham Aliyev dekabrın 19-da İsveçrənin Bern şəhərində görüşüb.

ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlarda ciddi irəliləyişin əldə olunmadığı bildirilir.

Ermənistanın Xarici işlər naziri Eduard Nalbandian danışıqlardan sonra deyib ki, tərəflər münaqişənin həllinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar:

“Təəssüf ki, tərəflərin münasibəti üst-üstə düşmür”.

Ancaq Nalbandian prezidentlərin görüşündən sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşüb və “danışıqları davam etdirməyin vacibliyini, dialoqun alternativinin olmadığını” bildirib.

Prezidentlər sonuncu dəfə ötən ilin oktyabrında Parisdə görüşüblər.

Bu arada cəbhə xəttində gərginlik artıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG