Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

-

4 yaşında valideynlərini itirmiş, SOS Uşaq Kəndlərində böyümüş model Adel Nağı ilə Günel Mövludun bir həftəsonu söhbəti

- Adel, ondan başlayaq ki, azərbaycanlı üçün qəribə adınız var. Doğulanda sizə verilən adınızdır, yoxsa sonradan özünüz seçmisiniz?

- Əsl adım Adilədir. İlk günlər idi ki, tək, müstəqil yaşamağa başlamışdım. Bir rəfiqəmlə qalırdım. Çox sevirdim onu. O məni Adel çağırmağa başladı. Ondan sonra belə qaldı və bu ad mənə çox əzizdir.

- Biraz uşaqlığınızdan danışın. Uşaqlığı ağır keçən biri kimi, bilirəm, bu, bəzən ağrılıdır, amma bölüşmək istədiyiniz məqamlar, səhnələr varmı uşaqlığınızdan?

- Uşaqlığım barədə telekanallarda çox danışmışam. O qədər danışmışam ki, heç bilmirəm, hansı doğrudur, hansını yaşamışam, hansını yox. Hərdən mənə elə gəlir ki, hər kəsə yalan danışmışam.

- Uşaq vaxtı, yeniyetməlikdə ən çox nəyə ehtiyacınız olub? Qəşəng paltar, rahat dostlar, isti ev, dondurma?

Sualı zarafat kimi başa düşməyin, məsələn, mən uşaqlığım boyu həmişə dondurma arzulamışam. Biz kənddə yaşayırdıq, orada isə dondurma satmırdılar. O qədər həsrətini çəkib, incimişəm ki, indi dondurmadan zəhləm gedir. Sizdə bu ehtiyac nəyə olub?

- Uşaq vaxtı hər şeyim oub. Əla yerdə böyümüşəm, ailədən, mentalitetdən kənar. Buna gorə çox xoşbəxtəm. inandırım sizi ki, doğru deyirəm. Həyatımdan çox razıyam buna görə. Dondurmaya gələndə isə.... Uşaqllıqda yediyim dondurmaların hamısı oğurluq olub.

Adel Nağı

Adel Nağı

- Necə oldu ki, model olmaq qərarına gəldiniz? İlk başqa çətinliklər nə oldu?

- Model oldum, çünki başqa heç nə bacarmıram, əlimdən başqa heç nə gəlmir. Həm də bu işi sevirəm, özü də çox sevirəm.

Baxmayaraq ki, ölkəmizdə model sənətinin nə gündə olduğuna baxsaq, adamı ağlamaq tutar.

- Özünüzü uğurlu model hesab edirsinizmi?

- Uğurlu hesab edirəm. Nə etsəm, o dəqiqə xəbər olur, saytların dilindən düşmürəm.

Adel Nağı

Adel Nağı

- Sosial şəbəkələrdə olduqca gözəl şəkillər paylaşırsınız. Bir modelin belə şəkillər paylaşmasında heç bir qəribəlik olmasa da, tez-tez neqativ şərhəri, normal şəkillərdən düzəldilən “sensasiya”ları da görürük. Bu, sizə necə təsir edir?

- Məni insanların dediyi maraqlandırmır. Yazılanları ancaq oxuyub, gülürəm. Əsas odur ki, istədiyim işi görürəm. Maraqlı təkliflər isə, əlbəttə, çox gəlir.

- Mütaliəniz necədir, nəyi, kimi, necə bir ədəbiyyat oxumağı sevirsiniz? Hansı tip filmlər sizə maraqlı gəlir?

- Daha çox fantastikanı sevirəm və feminizm haqda kitabları. Ən son izlədiyim filmər isə drama janrında olur.

XS
SM
MD
LG