Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:07

-

«2012-ci ilin fevralında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində kompüter mütəxəssisi Elçin Abdullayev MTN zabiti Sahib Ələkbərovun qurbanı olub».

Bunu dekabrın 19-da mətbuat konfransında vəkil Türkel Süleymanlı bildirib.

Elçin Abdullayev və başqaları kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli biliniblər.

«GUYA TRANSMİLLİ CİNAYƏTKAR QRUP OLUBLAR»

Vəkil Türkel Süleymanlı deyir ki, heç bir zərərçəkən tərəf olmasa da, bu cinayət işi yalnız maddi maraq əsasında MTN tərəfindən başlanıb: «Elçin kompüter sahəsində mütəxəssis işləyib. İddia edirlər ki, dəstənin rəhbəri olan Rəhman Musayev guya transmilli beynəlxalq cinayətkar qrup yaradıb və banklardan külli miqdarda vəsait oğurlayıblar. Halbuki Elçinlə Rəhman arasında heç vaxt vəzifə, pul bölgüsü olmayıb. Sahib Ələkbərov öz maraqlarına görə oğurluqla bağlı olan cinayət işinin istintaqını Daxili İşlər Nazirliyinə verməyib».

«ZƏRƏR VAR, ZƏRƏÇƏKƏN YOX»

Vəkil iddia edir ki, S.Ələkbərov Beynəlxalq Bankın əməkdaşları ilə cinayət əlaqəsinə girərək, bank əməkdaşlarının guya E.Abdullayev və E.Zəkiyevin əməli nəticəsində 6180 manat ziyan çəkdiyini cinayət işinə əlavə edib: «Halbuki, nə istintaq, nə də məhkəmə zamanı Beynəlxalq Bank tərəfindən hər hansı xarici bank və ya fiziki şəxsin tələbnaməsi bizə təqdim olunmayıb».

MTN-in Baş istintaq İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərov hazırda həbsdə olduğundan ittihamlara onun münasibətini öyrənmək mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG