Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:22

-

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir.

APA xəbər verir ki, son bir həftə ərzində nazirliyə məxsus «Azərpoçt» MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib.

Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.

Eyni zamanda nazirliyin «Rabitə dünyası» qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.

Məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni rəhbərliyi struktur islahatları ilə kollektivin daha da mobilləşdirilməsi və izafi xərclərin azaldılması istiqamətində işlər aparır.

Bir müddət öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə yüksəkvəzifəli əməkdaşı həbs olunub, bəziləri, o cümlədən nazir Əli Abbasov işdən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG