Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:40

8 litrlik butulkada 15 dollara təmiz hava satılır


4000 butulkalıq ikinci partiya yoldadır

4000 butulkalıq ikinci partiya yoldadır

-

«Vitality Air» adlı şirkəti iki macəraçı gənc «start-up» layihəsi kimi ötən il yaradıb. Şirkət Kanada dağlarının ətəklərindən təmiz havanı qablaşdıraraq satmaqla məşğuldur. Hava çirkliliyindən əziyyət çəkən Çin isə onların əsas müştərisidir.

Şirkətin təsisçilərindən biri olan Moses Lam deyir ki, Çinə yolladıqları 500 butulkalıq ilk partiya cəmi 4 günə satılıb qurtarıb. Daha 4000 butulkalıq ikinci partiya yoldadır. Amma onların da çoxu indidən alınıb. 7.7 litr həcmi olan butulkanın biri 100 yuana, təxminən 10 funta satılır. Bu, Çin bazarında mineral su butulkasından 50 dəfə bahadır.

Təmiz hava müştərilərinin əksəriyyəti Çinin şimal-şərq və cənub ərazilərində hava çirkliliyinin, sözün hər iki mənasında, başağrısına çevrildiyi iri şəhərlərdə yaşayanlardır. Buralarda havanın həddən artıq çirklənməsi nəticəsində tez-tez elə sıx toz-duman qatı yaranır ki, göz-gözü görmür.

Çinlilərə təmiz hava satmaq təkcə Kanada şirkətinin ağlına gəlməyib. Ötən il Liang Kegang adlı bir çinli rəssam Fransanın cənubuna səfəri zamanı oradan bir bankaya doldurduğu təmiz havanı auksionda 512 funta sata bilib. 2013-cü ildə isə multimilyoner Chen Guangbiao Çinin az sənayeləşmiş rayonlarından doldurduğunu iddia etdiyi kola bankası ölçüsündəki havanı 5 yuana (0.5 funta) satmışdı.

Tez-tez elə sıx toz-duman qatı yaranır ki, göz-gözü görmür

Tez-tez elə sıx toz-duman qatı yaranır ki, göz-gözü görmür

ƏSAS MÜŞTƏRİLƏR ZƏNGİN QADINLARDIR

«Vitality Air»in təsisçiləri etiraf edirlər ki, onlar bu şirkəti yaradanda məqsədləri o qədər də ciddi olmayıb. İlk olaraq, bir sellofan torbaya hava doldurub zarafatyana «Ebay»da 0.5 funta satışa qoyublar. Bu satılandan sonra ikinci paketi artıq 160 dollara təklif ediblər. «Bununla da biz gördük ki, bu biznes üçün bazar var», - deyə Lam bildirir.

Şirkətin Çindəki nümayəndəsi Harrison Wang deyir ki, onların müştəriləri əsasən zəngin çinli qadınlardır. Onlar bunu öz ailələri üçün, yaxud kiməsə hədiyyə vermək üçün alırlar. Wang-ın sözlərinə görə, Çində təmiz hava həm də dəbdəbə göstəricisidir. Artıq onların məhsulunu satmaq üçün bir çox distributor şirkətlə kontrakt imzalayıb.

İndi «Vitality Air» üçün əsas çətinlik tələbatı vaxtında ödəyə bilməkdir. Çünki təmiz hava butulkalara əllə doldurulur.

«Bu, çox əmək tələb edən bir işdir. Ona görə ki, biz məhsulumuzun unikal və əyləncəli bir məhsul olmasını istəyirik», -- Lam deyir. Əlavə edir ki, valideynləri bu işi o qədər də ciddiyə almadıqlarına görə əsas işindən ayrılmamağı tövsiyə ediblər. O da bu tövsiyəyə hələ ki əməl edir. Ona görə də bankdakı işində də işləməkdə davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG