Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

-

Suriyalı qaçqınların ilk təyyarəsi dekabrın 17-də Torontoya endi. Kanadalılar onları salamlamağa hazır dayanmışdılar.

Qarşılayanlar arasında baş nazir Justin Trudeau da var idi. O, 163 nəfər qaçqını şəxsən salamlamaq üçün hava limanına gəlib və Beyrutdan olan «qonaqlar»a isti geyimlərin paylanmasında iştirak edib.

Azyaşlıların da qaçqınlara öz hədiyyəsi olub. Uşaqlardan ibarət xor bayram konsertində onlar üçün ərəb dilində mahnı ifa ediblər.

«Tala' al-Badru 'Alayna» adlı həmin mahnı qədim İslam tarixinə malikdir. Bu mahnını Mədinə sakinləri Məhəmməd Peyğəmbəri öz şəhərində qarşılayarkən oxumuşdular.

Kanadalı uşaqların belə bir jesti sosial şəbəkələrdə də müzakirəyə səbəb olub, çoxları uşaqların ifasında bu mahnını gözyaşı ilə dinlədiklərini yazıblar.

Mahnının sözlərindən bir hissə:

Ay doğdu üzərimizə

Veda təpələrində

Şükür gərək bizlərə

Allaha dəvətində

Sən günəş

Sən Ayşin

Sən nur üstünə nursun

Sən Süreyya işığın

Ey sevgili Xoş gəldin.

Günün bütün mövzuları

XS
SM
MD
LG