Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Dünya təcrübəsi. "Mətni xətasız kitab etmək üçün çox çalışırıq"


Kerem Ünüvar

Kerem Ünüvar

-

"Yazıçılar və redaktorlarımız arasındakı münasibət “Əlimizdəki mətn necə daha yaxşı bir kitab halına gələr?” sualı üstündə qurulub."

Türkiyənin "İletişim" nəşriyyatının redaktoru Kerem Ünüvar'la Leyla Nənənin Oxu Zalında söhbəti

- Dəfələrlə tərcümə edilmiş klassik əsərlərin demək olar ki, hamısını tərcümə proqramına daxil etdiniz. Bir çox nəşriyyatın tərcümə etməsinə baxmayaraq, klassik əsərləri yenidən tərcümə etməyinizin səbəbi nədir?

- Bu gün “klassik” olaraq adlandırdığımız əsərlər dünya ədəbiyyatını təşkil edən mətnlərdir. Buna görə də kitab oxumağa həvəslənən bir çox insanın yolu bir şəkildə ilk dəfə bu əsərlərlə kəsişir.

Pis tərcümə, yayım ərəfəsində üstündə titizliklə çalışılmamış bir nəşr oxucunu yolundan geri qaytara bilər.

"İletişim" nəşriyyatının kitabları

"İletişim" nəşriyyatının kitabları

"İletişim" nəşriyyatı bu mətnləri oxuculara xətasız halda çatdırmaq üçün klassik əsərləri yayınlayır.

Tərcümə, korrektə və redaktə mərhələsində çox diqqətlə çalışırıq.

Bundan əlavə, bu kitablarımızda ön söz, son söz, yazıçı – dövrün xronologiyası və kitaba dair şəkillərdən də istifadə edərək oxucuya klassiklər haqqında çoxşaxəli düşünmə imkanı veririk.

- Hər hansı əsəri tərcümə proqramına qəbul etmək mərhələləri nədən ibarətdir?

Özəl tərcümələri, yəni hansısa şəxs tərəfindən edilmiş tərümə materialarını da dəyərləndirmək üçün qəbul edirsiz, ya tərcümə proqramınız ancaq nəşriyyatınız tərəfindən verilən qərarlamı müəyyənləşir?

- İkisi də olur. Həm nəşriyyatımızın izlədiyi sahələrdə xarici əsərləri incələyirik, həm də dostlarımızdan, tərcüməçilərimizdən gələn təklifləri yayın siyasətimizlə dəyərləndirib qərar veririk.

- Gənc yazarların ilk romanını hansı kriteriyalara görə dəyərləndirirsiz?

- Nəşriyyatımıza göndərilən materialları dəyərləndirərkən yazıçının yaşı ilə əlaqəli hansısa kriteriyamız olmur. İlk dəfə romanı çıxacaq gənc yazarın mətni digər mətnlərlə eyni editorial mərhələdən keçir.

Nəşriyyatımıza gələn materiallar əvvəl redaktorlarımız, daha sonra redaksiya heyəti tərəfindən dəyərləndirilir. Bu iki mərhələnin nəticəsində materialın yayınlanıb-yayınlanmayacağı bilinir.

Yazıçılar və redaktorlarımız arasındaki münasibət “Kitab necə çox satılar?” deyil, “Əlimizdəki mətn necə daha yaxşı bir kitab halına gələr?” sualı üstündə qurulub.

Dolayısı ilə, bir mətni – tərcümə olub-olmamasından asılı olmayaraq, - ən yaxşı halıyla nəşrə hazırlamaq məsələsinə fokuslanırıq.

Oxucunun mətnə və yazıçıya göstərəcəyi münasibət kitabın taleyini müəyyənləşdirdiyi üçün oxucunun qarşısına mətni ən yaxşı vəziyyətdə çıxarmaq üçün çalışırıq.

- Bəs satış siyasətiniz necədir? Yazıçılarla aranızdakı satış siyasəti nəşriyyatınız tərəfindən hazırlanmış müqaviləylə, ya kitabdan əldə ediləcək qazanc, onun satılması kimi faktorlara görə dəyişir?

- Yazıçılarla münasibətimiz kitabla əlaqəli imzaladığımız müqaviləyə əsasən qurulur. Kitab yayınlandıqdan sonra satış sayına görə yazıçı ilə qazanc barədə anlaşmaq (satıldıqca qonorar göndərmək) bizə görə deyil.

- Kitab dəyərləndirilməsindən və nəşrə göndərilmədən sonra necə bir mərhələ başlayır? Kitabın qapağı, dizaynı, mağazalara paylanması kimi proseduralarla siz maraqlanırsız, yoxsa yazıçı da bu mərhələdə nəsə edir?

Bir mətn üzərində redaktorlarımız, korrektorlarımız...

- Nəşr edilməsinə qərar verdiyimiz bir mətn üzərində yığım və vyorstka mərhələləri tamamlandıqdan sonra redaktorlarımız redaktələrini, korrektorlarımız korrektə işlərini tamamlayırlar.

Kitabın qapağı nəşriyyatımızın dizaynerləri tərəfindən hazırlanır. Təbii ki, bu dizayn mərhələsində yazıçımızın da fikri öyrənilir. Kitabların mağazalara paylanması isə nəşriyyatımıza aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG