Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33

FİFA-nın İsveçrədəki bank hesabları dondurulub.

Beynəlxalq KİV-lərin məlumatına görə, söhbət 10 bankdakı 50 hesabdan gedir və onların dondurulmasını Birləşmiş Ştatların Ədliyyə Nazirliyi istəyib.

Qeyd edək ki, FİFA ətrafındakı korrupsiya qalmaqalına görə təşkilatın Sürixdəki baş ofisində axtarış aparılıb, kompüter və sənədlər müsadirə edilib.

Bundan sonra təşkilatın bir sıra yüksək rütbəli keçmiş və indiki rəsmisi saxlanıb və hazırda istintaq gedir.

Gələn ilin fevralında FİFA-da yeni prezident seçkisi keçiriləcək.

Təşkilatın istefa vermiş prezidenti Sep Blatter bu müddətədək vəzifəsini icra eləməli olsa da , yeni korrupsiya qalmaqalına görə 90 günlük vəzifədən kənarlaşdırılıb.

Həmçinin UEFA prezidenti Michel Platini bu qalmaqala görə 90 günlük fəaliyyətini dayandırmalı olub və bu səbəbdən onun FİFA prezidentliyinə namizədliyi ləğv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG