Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:20

Ukrayna Rusiyaya olan 3,5 milyard dollarlıq borcun ödənilməsinə, Kiyevin təklifi ilə bağlı yekun qəraradək moratorium qoyub.

Söhbət bu borcun yenidən strukturlaşdırılması və ya müvafiq məhkəmə qərarından gedir.

Bu barədə dekabrın 18-də baş nazir Arseniy Yatsenyuk məlumat verib.

Söhbət istiqrazlara görə Ukraynanın Rusiyaya olan borcundan gedir.

Beynəlxalq Valyuta Fondu fekabrın 17-də bunun dövlət borcu olduğunu etiraf edib.

Amma Kiyev bunun kommersiya borcu olduğunu təkid edir və Moskvaya onun yenidən strukturlaşdırılmasını təklif edib.

Moskva isə Kiyevə rədd cavabı verib.

Ukrayna bu borcu dekabrın 20-dək ödəməlidir.

Rusiya bu müddətdən sonra məhkəməyə üz tuta bilər və prezident Vladimir Putin artıq bu barədə göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG