Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Sərhəd xidmətinin əsgəri nədən ölüb?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Dövlət Sərhəd Xidmətinin əsgəri Elnur Yusifov avtomat silahdan açılan təsadüfi atəş nəticəsində ölüb.

DSX-nin yaydığı məlumatda belə deyilir. Əsgərin silahla davranış qaydalarını kobud şəkildə pozulması nəticəsində öldüyü bildirilir.

Elnur Yusifov Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonundakı sərhəd zastavasında xidmət edib.

Ancaq əsgərin doğmaları rəsmi məlumata inanmırlar. Onlar AzadlıqRadiosuna deyiblər ki, Elnur Yusifovun təsadüf nəticəsində ölməsi haqda deyilənlər inandırıcı deyil. Doğmaları əsgərin müəmmalı şəkildə öldüyünü və bunun qətlə bənzədiyini iddia edirlər. Buna görə də hüquq-mühafizə orqanlarından hadisəni obyektiv araşdırmasını tələb edirlər.

«Bu, müəmmalı ölüm oldu. Hərbi hissədən bizə üç dəfə zəng gəldi. Birinci dəfə dedilər ki, özünü bıçaqlayıb, sonra dedilər ki, özünü silahla vurub, üçüncü zəngdəsə keçindiyini bildirdilər», - əsgərin atası söyləyir.

Könüllü şəkildə əsgər yollanan Elnur Yusifovun hərbi xidməti başa vurmasına 3 ay qalırmış. O, ailənin tək övladı olub.

Fakt üzrə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokuror­luğu tərəfindən birgə araşdırma aparılır.

Həmçinin bax - Radiosunun Youtube kanalında izləyin

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG