Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:52

Son 3 gün ərzində ölkənin Türkiyənin cənub-şərqindəki Silopi və Cizre şəhərlərində gedən döyüşlərdə azı 45 kürd yaraqlısı öldürülüb.

Anadolu agentliyinin dekabrın 18-də yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri Suriya və İraq sərhədləri boyunca PKK yaraqlılarına qarşı əməliyyat keçiriblər.

Bu şəhərlərdə əməliyyatdan əvvəl-dekabrın 14-də komendant saatı tətbiq edilib.

KİV-lərin məlumatına görə ümumilikdə əmliyyata tankların köməkliyi ilə 10 min polis və hərbçi cəlb edilib.

PKK ilə Ankara arasında 2 il davam edən atəşkəs rejimi iyulda pozulub, kürd yaraqlıları sazişdən çıxıblar.

30 ildir ki, Türkiyə ordusu ilə PKK arasında gedən savaşda 40 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG