Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Nardaranda daha 5 nəfər saxlanılıb


-

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları növbəti əməliyyat keçirir. Bu zaman 5 nəfərin saxlanıldığı, əməliyyat axtarış zamanı qəsəbədən silah-sursat, narkotik maddələr aşkar edildiyi bildirilir.

Bu haqda Trend-ə Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Əməliyyatı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu rayon Polis İdarəsinin əməkdaşları keçiriblər.

Nardaran sakini Natiq Kərimov isə bildirib ki, qəsəbədə əməliyyat dekabrın 17-də axşam saatlarından başlayıb.

Nardaran qəsəbəsində bundan əvvəl noyabrın 26-da əməliyyat keçirilib. Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri həmin əməliyyat zamanı «Müsəlman Birliyi Hərəkatı» adı ilə tanınan təşkilatın bir neçə üzvü saxlanılıb. Qarşıdurma zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər ölüb.

Həmin hadisədən sonra Nardarana daxili qoşunlar və zirehli texnika yeridilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG