Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:20

-

Ötən həftə Amerikada işsizlik müavinəti üçün müraciət edənlərin sayı son beş aydakı yüksək həddən düşüb. Bu, onu göstərir ki, əmək bazarının davamlı dirçəlişi gələn il də Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini qaldırmasına gətirə bilər.

Dekabrın 16-da ABŞ Mərkəzi Bankı uçot dərəcəsinin 0.25 faizdən 0.50-yə qaldırılması haqda qərar verib.

«Reuters» yazır ki, işsizlik müavinəti üçün müraciət edənlərin sayı 11 min azalıb. Dekabrın 12-dək mövsümi rəqəm 271 mində dayanıb. Məlumatı dekabrın 17-də Əmək Departamenti yayıb. Artıq 41-ci həftədir ki, bu müraciətlərin sayı 300 mindən az olur.

Elə FED də çərşənbə günü yaydığı bəyanatında əmək bazarında yaxşılaşmanı vurğulayırdı.

Ancaq «Reuters» onu da qeyd edir ki, əmək bazarından fərqli olaraq, emal sənayesində dirçəliş hiss olunmur. Dolların güclənməsi, enerji şirkətlərinin xərcləri azaltması, qlobal tələbin azalması bu sahəyə ciddi təsirini göstərməkdədir.

Orta-Atlantik ştatlardakı zavodlar bu ay da sifarişlərin azaldığını bildirir. Ayın əvvəlində açıqlanmış sorğu ABŞ iqtisadiyyatının 12 faizini təşkil edən emal sənayesinin son 3 ildə ilk dəfə olaraq azaldığını üzə çıxarıb.

ABŞ-da səhmlər düşüb, dollar isə son iki həftədə valyuta səbətində qalxıb.

Dolların güclənməsi ixracı və transmilli korporasiyaların gəlirlərini azaltmaqla üçüncü rübdə cari əməliyyatlar defisitini son 7 ildə ən yüksək həddə qaldırıb. Bunu isə Ticarət Departamenti bildirib. Cari əməliyyatlar balansı ölkəyə girən və çıxan mallar, xidmətlər və investisiya axınını ölçür, burada kəsir 11.7 faiz artaraq 124.1 milyard dollara çatıb.

Tokio birjası

Tokio birjası

HAMI İTİRİR: ASİYA VALYUTALARI DÜŞÜR

Asiyanın 10 əsas valyutasının artıq üçüncü il də dollara nisbətən ucuzlaşacağı gözlənilir. «Bloomberg» yazır ki, bu ölkələr Çini günahlandırırlar.

Belə ki, 2016-cı ildə İndoneziya, Cənubi Koreya və Sinqapur valyutalarının düşəcəyi proqnozlaşdırılır. Ən çox düşən isə Hindistan rupisi olacaq.

«Bloomberg» yazır ki, Çindəki iqtisadi yavaşıma dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə ticari əlaqələrə malik Asiya ölkələrinə ziyan vurmaqdadır. Yuanın 11 avqust devalvasiyası son böhranlar zamanı Asiyada sabitlik mənbəyi olan valyutanın gələcəyini şübhə altına aldı. «Goldman Sachs Group Inc.» və «JPMorgan Chase&Co.» bildirir ki, Çin pulunun zəifləməsi regionda və yeni yaranan bazarlarda valyuta məzənnələrinə təsirini göstərəcək.

«Asiya valyutalarına təsir baxımından Çin yuanı ABŞ dollarını üstələyir», - «Bank of America Merrill Lynch»in Sinqapurdakı mütəxəssisi Claudio Piron bildirir: «Asiya yuana xeyli həssasdır».

Yuan

Yuan

GƏLƏN İL ÇİNDƏ NƏYİ İZLƏMƏLİ

CNNMoney yazır ki, rəqəmlər Çinin durumunun yaxşı olmadığını göstərir: rüblük ÜDM ölkənin maliyyə böhranından bəri ən pis artıma nail olduğunu üzə çıxarıb və 2016-cı ildə Çində əsas 4 məsələni izləmək lazımdır.

1) Artım necə olacaq? CNNMoney-nin rəyini soruşduğu iqtisadçılar ÜDM-də bu il 6.8, gələn il 6.5% artım gözləyirlər. Bu, Çindəki ənənəvi ikirəqəmli artım səviyyəsindən xeyli aşağıdır.

2) Uçot dərəcələri daha da azaldıla bilərmi? Bu il hökumət uçot dərəcəsini bir neçə dəfə kəsib və bankların əlindəki nağd vəsait də azalıb. Valyutanın ucuzlaşdırılması da ixracatı stimullaşdırıb. Martda hökumətin iclası gözlənilir. İlin əvvəlində uçot dərəcəsində daha iki azalma proqnozlaşdırılır.

3) Çin bazarlarını sakitləşdirə bilərmi? Çin bazarlarında daha çox yerli sərmayəçilər üstünlük təşkil edir, ancaq Pekin xarici iştirakı həvəsləndirməyə çalışır.

4) Yuan yenə düşəcəkmi? Bu il yuan dollar qarşı 5%-dək ucuzlaşıb. Təhlilçilər bu valyutanın zəif artım və ticarət fonunda daha da düşəcəyini proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG