Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

-

Çin ölkənin şimalındakı sakinlərə həftəsonuna gözlənən qatı dumanla bağlı xəbərdarlıq edib.

Milli Meteorologiya Mərkəzinin dekabrın 18-də verdiyi məlumata görə, ən çox təsirə qalacaq ərazilərdən olan Pekində görünmə radiosu 1 km-dən də az olacaq.

Pekin bu xəbərdarlıqdan sonra ölkədə həyəcan siqnalını ən yüksək həddə qaldırıb. Yəni maşnıların demək olar yarısı yollardan çıxarılacaq, məktəblərin bağlanması, bayırda aparılan tikinti işlərinin dayandırılması tövsiyə olunur.

Çində onillərdir davam edən sənayeləşmə və iqtisadi artım havanın, suyun, torpağın çirklənməsinə gətirib. Elə qatı duman da vaxtaşırı böyük şəhərləri ağuşuna alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG