Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

-

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rus əsgərinin məhkəməsi başlanır. Məhkəmə dekabrın 18-də Ermənistanın Gümrü şəhərindəki Rusiya bazasında keçirilir.

19 yaşlı Valery Permyakov yanvarın 12-də Avetisyan ailəsini gülləbaran edib, ailənin yeddi üzvünü qətlə yetirib.

Avqustun 12-də Gümrüdəki Rusiya hərbi məhkəməsi Permyakov-u bazadan silah oğurlamaqda, dezertirlikdə təqsirli bilərək 10 il həbs cəzasına məhkum edib.

Avetisyan ailəsinin qətli yanvarda Gümrüdə etirazlar doğurmuşdu, onun Ermənistan məhkəməsində mühakimə edilməsi tələb olunurdu. Ancaq iyun ayınadək Rusiya Permyakov-un bu cür mühakiməsinə razılaşmırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG