Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:11

-

«Miqrasiya sahəsində görülən tədbirlər nəticəsində 1033 nəfər vətəndaşlığı olmayan şəxs Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə vətəndaşlığa qəbul edilib. Bununla belə, ötən dövr ərzində 32 mindən çox şəxsin Azərbaycan vətəndaşlığına mənsubiyyəti tanınıb».

«Report»un xəbərinə görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

O xatırladıb ki, Azərbaycan BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının «10 ilə vətəndaşsızlığa son» kampaniyasına qoşulub: «Vətəndaşsızlıq hallarının qısa zaman ərzində aradan qaldırılması üçün Miqrasiya Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir».

F.Nəbiyev qeyd edib ki, 2015-ci ildə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb: «Şura vasitəsilə miqrasiya sahəsində ictimai iştirakçılıq daha geniş tətbiq olunur. Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur».

Günün bütün mövzuları

XS
SM
MD
LG