Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:20

-

İtaliyanın «Snam S.p.A.» neft-qaz şirkəti «Statoil» şirkətinin TAP-dakı 20%-lik payını alıb.

APA-nın xəbərinə görə, bu barədə italyan şirkətinin saytında yerləşdirilən məlumatda bildirilir.

«Snam S.p.A.» və «Statoil» şirkəti arasında imzalanan əqdin dəyəri 208 mln. avro təşkil edir.

«208 mln. avrodan 130 mln. avrosu artıq «Statoil» şirkətinə ödənilib. Bundan başqa, 78 mln. avro TAP-ın kreditləşməsinə yönələcək», - deyə məlumatda bildirilir.

«Snam S.p.A.» TAP-ın Direktorlar Şurasında iki nümayəndə ilə təmsil olunacaq.

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), «Fluxys» (19%), «Enagas» (16%) və «Axpo» (5%) şirkətləri paya malikdirlər.

XS
SM
MD
LG