Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:12

Suriyaya görə iclas, görüş olacaq


Suriyanın Latakya bölgəsində Rusiya bazası, arxiv fotosu

Suriyanın Latakya bölgəsində Rusiya bazası, arxiv fotosu

-

Dekabrın 18-də BMT Təhlükəsizlik Şurasının Suriyaya dair iclasına ABŞ Dövlət katibi John Kerry sədrlik edəcək. Daha öncə isə Beynəlxalq Suriya Dəstək Qrupunun görüşü keçiriləcək. Məqsəd Suriyada atəşkəs və siyasi danışıqlar üçün zəmin yaratmaqdır. Məlumatı Dövlət Departamentinin sözçüsü John Kirby verib.

Bu həftə Kerry Moskvaya səfər edib. Rusiya prezidenti Vladimir Putin dekabrın 17-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, Birləşmiş Ştatların təşəbbüsü dəstəklənir. Buraya BMT Təhlükəsizlik Şurasının Suriya üzrə qətnamə hazırlanması da daxildir.

Putin deyib ki, Kerry ona BMT qətnaməsinin layihəsini göstərib və ümumilikdə, bu, qəbulolunan təklifdir. Putin-in sözlərinə görə, hazırlanan plan Suriya prezidenti Bashar al-Assad üçün məqbul olmalıdır. Görünür, Kerry Assad-ın hakimiyyətdən getməli olması üzrə mübahisənin həll yolunu tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG