Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:03

Yolkalar xəstəliklər yarada bilər


Yolkalar.
Yolkalar.

-

«Sahibkarların əksəriyyəti yolkaları, Yeni il oyuncaqlarını, bəzək əşyalarını və s. sertifikatlaşdırmırlar. Belə mallar isə keyfiyyətsizliyi üzündən hər hansı xəstəliyə yol aça, ağır nəticələrə səbəb ola bilər».

Bunu Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib.

O, sertifikatlaşdırma orqanları tərəfindən bu məhsulların tərkibinin yoxlanılmasının vacib olduğunu bildirib.

F.Talıblı qeyd edib ki, qanunvericiliyin tələbinə əsasən, sertifikatlaşdırılmamış məhsulların satışı qadağandır: «Ancaq sahibkarların çoxu sertifikatlaşdırmadan yayınırlar. Sahibkarlar bilməlidirlər ki, hər hansı məhsulu satışa çıxarmamışdan əvvəl müvafiq akkreditasiya olunmuş qurumlara müraciət edərək məhsullarını sertifikatlaşdırmalıdırlar».

F.Talıblı deyib ki, Azərbaycana keyfiyyətsiz Yeni il bəzəklərinin əksəriyyəti Çindən gətirilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Trend-ə bildirib ki, Nazirlər Kabinetinin 443 saylı qərarına uyğun olaraq, uşaq oyuncaqları məcburi sertifikatlaşdırılan mallar siyahısına daxildir. Bu mallar ölkənin əmtəə bazarına daxil olmamışdan əvvəl partiyalardan nümunələr götürülərək yoxlanılmalı, sertifikatlar verildikdən sonra satışa çıxarıla bilərlər: «Lakin bu sahədə problemlər var. Oyuncaqlar, o cümlədən Yeni il oyuncaqları, Yeni il bəzəkləri, yolkaları harada gəldi satılır. Yeni il bu malları alan alıcılar onların sertifikatlarını tələb etməlidirlər».

XS
SM
MD
LG