Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

-

Ötən gecə paytaxtın Suraxanı rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA informasiya agentliyinin məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsinin V massivində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Niva" markalı avtomobil yolu keçmək istəyən ata ilə oğlunu vurub. Zərbənin təsirindən azyaşlı hərəkətdə olan avtobusa dəyib. Qəza nəticəsində hər iki piyada – İbrahim Xəlilov və azyaşlı oğlu hadisə yerindəcə ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya "Niva"nın yüksək sürətlə hərəkət etməsi və yolun qaranlıq olması səbəb olub. Yoxlama zamanı "Niva"nın sürücüsünün sərxoş olduğu üzə çıxıb. O, polis tərəfindən saxlanılıb.

Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG