Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:51

-

Avropa Birliyi (AB) Rusiyaya iqtisadi sanksiyaları daha 6 ay uzatmağa qərarlıdır. Bunu AB rəsmisi Azad Avropa/AzadlıqRadiosuna deyib. AB səfirləri dekabrın 21-də görüşməlidir.

Uzadılma o deməkdir ki, Rusiyanın maliyyə, neft və hərbi sektorlarına, eləcə də konkret fərdlərə sanksiyalar gələn il iyulun 31-dək qüvvədə qalacaq.

AB xarici işlər nazirləri məsələni dekabrın 14-də Brüsseldə müzakirə edəcəkdi. Ancaq İtaliya daha yüksək səviyyədə müzakirə istədiyindən, bu addım atılmadı.

Sanksiyalar ötən ilin iyulunda və sentyabrında tətbiq olunub. Səbəb Rusiyanın Ukraynanın Krım yarımadasını qanunsuz ilhaqı, eləcə də Ukraynanın şərqində separatçıları dəstəkləməsi idi.

Uzadılmasa, AB sanksiyaları gələn il yanvarın 31-də bitəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG