Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

-

İran ümid edir ki, Qərb iqtisadi sanksiyaları qaldırandan sonra dünyanın əsas ticarət qrupuna daxil olmaqla iqtisadiyyatını gücləndirəcək. Bunu İran rəsmisi dekabrın 17-də bildirib.

“İran Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarına hazırdır”, İranın Sənaye naziri Mohammad Reza Nematzadeh Kenyanın paytaxtı Nayrobidə qurumun 162 üzvünün toplantısında deyib. “İllərboyu davam edən gərgin danışıqlar İranın nüvə fəaliyyəti ətrafında anlaşılmazlığı aradan qaldırıb. İndi isə qlobal iqtisadiyyata daha dərin inteqrasiya üçün növbəti addımı atırıq”.

İran hazırda ÜTT-dən kənarda ən böyük iqtisadiyyatdır. Bu qurum Birləşmiş Ştatlar, Avropa Birliyi, Çin, Rusiya və digər iqtisadiyyatların ticarət əlaqələrini tənzimləyir.

Tehran bu ilin iyulunda dünya gücləri ilə yekun nüvə sazişi imzalayıb. Yanvarın əvvəlində İran iqtisadiyyatına qoyulmuş sanksiyaların bəziləri yüngülləşdirilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG