Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:04

Azərbaycanda icazəsiz müalicə, profilaktika, diaqnostika və reabilitasiya üsullarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən bu cür üsullarınreklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır.

Hazırda buna görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir.

Yeni layihədə isə vəzifəli şəxslərin 300 manatdan 500 manatadək, hüquqi şəxslərin isə 1000 manatdan 2000 manatadək cərimə edilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG