Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:15

-
"Tabu elə cəlbedici silahdır ki, köhnə tabuları yıxmaq adına ortaya çıxan yeni iqtidarlar belə, bu dəfə öz tabularını və miflərini özləriylə birlikdə gətirirlər."

Hrant Dink

İqtidar, bilik və ölüm

Yer üzündəki ilk tabunu Tanrının yaratdığından bəhs edir Müqəddəs Kitabın başlanğıc hissələri. Xeyli də diqqət çəkicidir. Məsləhət görürəm ki, siz də o sətirləri oxuyasınız. Yaratdığı ilk insanı – kişini, Eden (cənnət) bağında yaradır Tanrı.

“Və Tanrı Adəmə əmr edib dedi: Bağın hər ağacından istədiyini istədiyin qədər yeyə bilərsən, ancaq “yaxşılığı və pisliyi bilmək” ağacından yemə. Ondan yediyin gün ölərsən”.

Adəm və Həvva. Rəssam Lukas Kranakh

Adəm və Həvva. Rəssam Lukas Kranakh

Bilinmir niyə, “Adəmin tənha olması yaxşı deyil” deyə düşünüb Tanrı. Beləcə, başlayır digər canlıları Adəmə yoldaşlıq etsinlər deyə yaratmağa.

Ancaq Adəm bunların içində özünə köməkçi tapa bilmir.

Axırda, uzadır Tanrı Adəmi və onun qabırğalarından qadını yaradır.

Kişini və qadını, ikisi də çılpaqdır, utancları da yoxdur.

Adəmdən bu yana, insanlıq tarixinin “tabu portfeli” xeyli zənglinləşdi. Bu tabu zənginliyimiz elə həddə çatdı ki, bir də o məsum çılpaqlığımıza qayıda bilmədik.

“Cinsəllik, din, iqtidar” kimi qavramlar tabularımızın əsas qaynağını necə formalaşdırdısa, “maraq” və “bilik” də bu tabulara qarşı yeganə silahımız oldu.

Yalnız marağımız biliyə çatdığı nöqtədə bir tabunun cinsəlliklə necə yaxın münasibətdə olduğunu görə bildik.

Amma marağımız biliyə çatanda iqtidarın ən güclü silahlarından birinin tabu yaratmaq olduğunu anladıq.

Güclü tabular isə iqtidar tərəfindən sərmayə kimi istifadə edilir.

Nəhayət, tabuların ancaq biliyə çataraq yıxılacağını, bunun üçün də marağın ən vacib silahımız olduğunu biliyə çatdıqca öyrəndik.

Tabu mövzular, tabu qavramlar, tabu qurumlar, tabu insanlar, qısası, bizə bilməyimizin və marağımızın qadağan edildiyi hər şey əslində kiminsə iqtidarını davam etdirmək və onu daha da gücləndirmək üçün istifadə etdikləri toxunulmazlardan başqa bir şey deyil.

Tabu elə cəlbedici silahdır ki, köhnə tabuları yıxmaq adına ortaya çıxan yeni iqtidarlar belə, bu dəfə öz tabularını və miflərini özləriylə birlikdə gətirirlər.

Hər dəfə köhnə heykəllər yıxılıb yerinə yeni heykəllər qoyulur. Əsil yıxılmayan tabu isə iqtidarın özüdür. Ancaq iqtidar yıxılmadıqca da tabulardan qurtulmaq əsla mümkün olmayacaq.

“Bilinən bilinməzliklər” kimi adlandıra bilərik tabuları. Bilinməzin bütün detallarını bilməsək də, hiss edə bilirik sanki, ancaq öyrədilmiş qorxularımız daha da irəliləməyimizə, marağımızı azad buraxmağımıza imkan vermir.

Tabular onsuz da birdən-birə devriləcək qavramlar deyil, zamanla ortaya çıxdıqlarından, yıxılması üçün də zaman lazımdır.

Hrant Dink Almaniyada "Henri Nannen" mükafatı ilə, 2006

Hrant Dink Almaniyada "Henri Nannen" mükafatı ilə, 2006

Əvvəl ürkütmədən, toxunurmuşuq kimi edirik. Kənarından xəfifcə didikləyirik. Böyük ehtimalla, bu davranışımızla tabulara biraz da biz müdaifiə qazandırırıq.

Müdafiə qazanmış tabular isə iqtidar tərəfindən daha qanuni sərmayə kimi istifadə edilir. Ancaq hər tabunun yıxılma müddəti də bu ictimai və diqqətsiz istifadəylə başlayır.

“İlan qadına dedi: meyvədən yediyiniz gün gözləriniz açılacaq, yaxşını və pisi bilərək Tanrı kimi olacaqsınız”. Kişiylə qadın meyvəni yedilər və Tanrı tərəfindən öləriliklə cəzalandırıldılar.

Tanrı bilməyi ölümlə eyniləşdirdi. Meyvə ağacıyla simvolizə edilən biliyi tabulaşdırdı. Meyvəni yeyən insan bildi, ancaq bildiyi üçün öldü.

Tabu, bilik və ölüm. Bilik çağının qarışıq düsturu. Ancaq bu da yalan deyil ki, tabuları biliyi ilə yıxan insan bir gün ölümü də bilgisi ilə devirməkdən danışa biləcək.

2004

Qaynaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG