Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:04

-

«Qabırğalarım sınıq-sınıq, başımda xəsarət, ayaqlarımdan hələ də vaxtilə aldığım xəsarətlərin ağrısı getməyib. Əlil adamam, vaxtilə işlədiyim idarə mənə kəsdiyi qəpik-quruş əmək pensiyasını dayandırıb. İki ildən sonra düz 20 il tamam olacaq. Bu pensiyanı bərpa etdirmək üçün döymədiyim məmur, məhkəmə qapısı qalmayıb».

İDARƏ ÖDƏNİŞİ DAYANDIRIB

Gədəbəyin Arıqdam kənd sakini Məhərrəm Məmmədov «Qaynar xətt»ə danışır ki, 1990-cı ildə Gədəbəy rayon 5 saylı Körpü Tikinti İdarəsinə sürücü kimi işə götürülüb. 1992-ci il, avqustun 17-də Gədəbəy rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə bir qrup sürücü ilə birlikdə xüsusi hərbi təyinatlı yük gətirmək üçün Ağdam şəhərinə göndərilib. Geri qayıdarkən idarə etdiyi KAMAZ markalı yük avtomobili ilə qəzaya düşüb. Uzun müddət xəstəxana rejimində müalicə olunub.

Deyir, sağlamlığının 60 faizini torpaqların bütövlüyü uğrunda itirməsi 29 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası ekspertlərinin verdiyi sənədlə də təsdiq olunur. Buna görə ona 1993-cü ildən 3-cü qrup əlillik dərəcəsi verilib, əmək pensiyası təyin olunub. 3 il bu pensiya ilə dolanıb. 1997-ci ilin ilk ayından qəflətən pensiyadan məhrum olub. Araşdırma zamanı bəlli olub ki, Gədəbəy rayon 5 saylı Körpü Tikinti İdarəsi Gəncə Şəhər 2 saylı Körpü Tikinti İdarəsinə birləşdirilib. Həmin tarixdən sonra hüquqi varis olan bu idarə ona əmək xəsarəti ilə bağlı ödənişi dayandırıb.

İDDİA MÜDDƏTİ BİTİB

Məhərrəm Məmmədov uzun illərdən sonra - 2013-cü ildə məhkəməyə müraciət edib. Ancaq məhkəmə iddianı təmin etməyib.

Gəncə Körpü Tikinti 2 ASC-nin nümayəndəsi İsaq Tomuyev bildirib ki, ASC «Azəravtoyol» İstehsalat Birliyinin 5 saylı Körpü Tikinti Sahəsinin hüquqi varisidir. İdarənin işçisi olmuş Məhərrəm Məmmədovun iddiaları əsassızdır. Onun iştirakı ilə qeyd edilən tarixdə heç bir yol nəqliyyat hadisəsi olmayıb.

Məhkəmə isə sənədlərdə Məhərrəm Məmmədovun həqiqətən də iş başında yol nəqliyyat hadisəsi keçirdiyini təsdiqləsə də, keçmiş sürücünün iddiasını rədd edib. Qərarını belə əsaslandırıb ki, Məhərrəm Məmmədov iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət edib. Yuxarı məhkəmələr də birinci məhkəmənin qərarını qüvvədə saxlayıblar.

YENİDƏN MƏHKƏMƏYƏ GETSİN

Hüquqşünas Namizəd Səfərov deyir, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir:

«Vətəndaşın çıxış yolu bundadır ki, işin yeni açılmış halları kimi təkrar məhkəmə davası açsın. İddia ərizəsində Mülki Məcəllənin qeyd etdiyim maddəsini də göstərsin. Həmin maddəyə istinad etməklə məhkəmədən sağlamlığına, həyatına dəymiş zərərin neçə ildə ödənilməyən məbləğini tələb etsin».

Məhərrəm Məmmədov uzun illərdir ki, heç bir yerdə işləmir. Vaxtilə işdə aldığı xəsarətin acıları canında qaldığından əmək fəaliyyəti ilə məşğul ola bilmir. Deyir, son ümidi 18 ildən bu günədək yığılıb qalmış pensiyayadır. Yaş ötdükcə səhhətində üzə çıxan fəsadları müalicə etdirmək üçün...

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG